09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fırtına 18 nəfərin həyatına son qoydu

05.11.2018

İtaliyada son bir həftə ərzində hökm sürən leysan yağışlar və güclü fırtına səbəbindən ölənlərin sayı 18 nəfərə çatıb.
 İtaliyanın "thelocal.it” saytı xəbər verir ki, ölkənin Latsio, Kampaniya, Emiliya-Romanya, Veneto regionlarında, həmçinin bəzi əyalətlərdə leysan yağışlar və güclü küləklərlə müşayiət edilən əlverişsiz hava şəraiti hələ də hökm sürməkdədir.
Siciliyada daşqınlar səbəbindən bir çox yollar bağlanıb. Şəhər merləri məktəblərin, ictimai parkların, yeraltı piyada keçidlərinin bağlanması barədə göstəriş veriblər.
Ölkənin Veneto və Liquriya regionları təbii fəlakətdən daha çox ziyan çəkib. Genuya şəhəri yaxınlığında ölkənin məşhur kurort zonası sayılan Portofinoya yalnız dəniz yolu ilə getmək mümkün olub. Belə ki, balıqçı kəndinə gedən ana yolun çökməsindən sonra sakinlərin çıxışı üçün açılan qəza yolu da olduqca təhlükəli vəziyyətə gəlib.
Genuya regionun qubernatoru Covanni Toti bildirib ki, bölgəyə on milyonlarla avro məbləğində ziyan dəyib. Bu məbləğ yekun nəticədə yüz milyon avroya qədər yüksələ bilər.