03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səfir: Azərbaycan böyük yaradıcı potensiala malik ölkədir

24.02.2023

Azərbaycan böyük yaradıcı potensiala malik ölkədir.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld British Council tərəfindən Bakıda keçirilən Creative Spark proqramına həsr edilmiş yekun forumda deyib.

"Azərbaycanda səfir kimi fəaliyyətimin ilk altı ayı ərzində müxtəlif sahələrdə çalışan insanlarla görüşürdüm və əminliklə deyə bilərəm ki, Azərbaycan böyük yaradıcı potensiala və istedadlara malik ölkədir", - səfir deyib.

Səfir, həmçinin, Creative Spark proqramının Azərbaycanda gənclərin həyatında müsbət dəyişiklik mənbəyinə çevrildiyini və hələ də bu cür olduğunu qeyd edib. Proqram onların dünyagörüşünün genişlənməsinə, yaradıcı bacarıqlarının inkişafına səbəb olur və gənclərə beynəlxalq təhsilin köməyilə öz gələcəklərini qurmağa kömək edir.

Xatırladaq ki, Creative Spark ali təhsil müəssisələri üçün sahibkarlığın inkişafı üzrə beşillik proqramdır. Proqram Böyük Britaniyanın dəstəyi ilə 7 ölkədə, o cümlədən, Azərbaycanda fəaliyyət göstərir. Creative Spark proqramının əsas benefisiarları ali təhsil müəssisələrinin məzunları, alimlər və yeni başlayan sahibkarlardır.