04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəlzələ ilə bağlı yardımı geri qaytaran azərbaycanlı - VİDEO

24.02.2023

Yaşayış qeydiyyatı hələ də Türkiyənin Qaziantep bölgəsində olan azərbaycanlı gənc hesabına yatırılan 10 min lirəlik, yəni 900 manat məbləğində olan zəlzələ ilə bağlı yardımı geri qaytarıb.

Söhbət 2018-ci ildə Qaziantep Universitetində təhsil almış 26 yaşlı Musa Musazadədən gedir. O, hərbi xidmətini Azərbaycanda başa vurduqdan sonra İstanbulda məskunlaşıb. Tələbəlik illərində yaşadığı binanın zəlzələ nəticəsində dağılmasından sonra bank hesabına 10 min lirənin yatırıldığını görüb.

Musa dərhal AFAD-la əlaqə saxlayaraq, məbləği geri qaytarmaq istədiyini bildirib:

"Hesabıma niyə pul köçdüyünü soruşmaq üçün banka zəng etdim. Zəlzələ ilə əlaqəli olduğunu dedilər. Müraciət edib, pulun mənə aid olmadığını və geri qaytarılmasını istədiyimi dedim. Bu pulu xərcləməyim mümkün deyildi, vicdanım rahat olmazdı”.

Həmyerlimiz bildirib ki, 4 il Qaziantepdə yaşayıb və oradakı insanlar ona öz övladları kimi baxıblar.