02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclis bu orqanın illik məruzəsini qəbul edib

24.02.2023

Milli Məclis bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib.

"DM" xəbər verir ki, məruzə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Sənəddə qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Nəticədə 1 045 hektar torpaq sahəsinin mülkiyyətə, 12 043 hektar torpaq sahəsinin icarəyə, 1 hektar torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 13 089 hektar (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 911 hektar torpaq sahəsi ilə bağlı təklif və iddialar isə baxılmaqdadır.

Məruzədə yazılıb ki, ötən illərlə müqayisəli aparılan təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarəedilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi (təkbaşına idarəetmə, icra aparatının düzgün təşkil edilməməsi və s.) və digər məsələləri əhatə edir.

Bildirilib ki, yerli özünüidarəetmə sahəsində qanunçuluğun təmini məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə fəaliyyətində rast gəlinən qanun pozuntuları, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmaları yaradan səbəblər təhlil edilərək ümumiləşdirilir, nəticələrinə uyğun tədbirlər həyata keçirilir, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır.