02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vahid Əhmədov: Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır

24.02.2023

"Laçın dəhlizində nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqlar davam etməlidir”.

"DM"-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır ki, Ermənistandan Qarabağa silah və sursat daşınmasın. Rusiya sülhməramlılarının orada faktiki qalma müddəti var. Eyni zamanda Qarabağdan qanunsuz erməni hərbi birləşmələri çıxarılmalıdır. Beləliklə, həm Laçın dəhlizi, həm də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması məsələsi həllini tapmalıdır”, - deyə Vahid Əhmədov vurğulayıb.