02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvan Prokurorluğunda YENİ TƏYİNAT

24.02.2023

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.

"DM" xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Baş prokurorun digər əmrlərinə əsasən, Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunaraq Şərur rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə, Şərur rayon prokurorunun müavini Anar Həsənov Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.