02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada şəhərlər, qəsəbələr yer üzündən silinə bilər - VİDEO

23.02.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yaydığı məlumata görə, fevralın 23-24-də Kiyevə, eləcə də cəbhədənkənar vilayətlərə raket hücumları gözlənilir.

"Hücumun o qədər də güclü olmayacağı deyilir. Bu da onunla izah edilir ki, Rusiya ordusunun artıq genişmiqyaslı hücum üçün əlində raket ehtiyatı qalmayıb”, - deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Ukrayna "Leopard” tanklarının gətirilməsi, eləcə də yeni bombardmançı təyyarələrin alınmasından sonra əks-hücuma keçməyi planlaşdırır.

"Rusiya ordusunun da geri çəkilmək iddiasında olmaması yaz aylarında ağır döyüşlərin olacağından xəbər verir”, - deyə M.Aslanov qeyd edib.

O da bildirilib ki, Rusiya nüvə silahından istifadəyə əl atarsa, şəhərlər və qəsəbələr yer üzündən tamamilə silinə bilər.