02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lukaşenko Baydenin Kiyev səfərini seçkiqabağı piar adlandırıb

23.02.2023

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Co Baydenin Kiyevə sonuncu səfərini seçki kampaniyası üçün piar adlandırıb.

"DM" xəbər verir ki, Aleksandr Lukaşenko bunu bu gün Çin mediasına müsahibəsi zamanı bildirib.

Lukaşenko Baydenin Kiyevə səfərini ABŞ üzərində vurulan Çin şarı ilə bağlı insidentlə müqayisə edib: "Hər iki hadisə eyni səviyyədədir. Co Baydenin Kiyevə səfəri də bu tip kiçik və nalayiq addımdır”.

Belarus lideri Baydeni həm ABŞ prezidenti kimi, həm də onun Kiyev səfəri qərarını yüksək qiymətləndirib: "Afərin. Rusiyadan icazə aldı və ya Rusiyaya xəbərdarlıq etdi, amma buna baxmayaraq oturdu və getdi”.

O həmçinin Co Baydeni təkrar addımlar atmaqda ittiham edərək eyham vurub: "Bu səfərin əsl səbəbi qarşıdan gələn prezident seçkiləridir. Mən yaxşı bilirəm ki, Co Baydenin seçkiqabağı bu səfəri istədiyi nəticəni verməyəcək”.