04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səhiyyə Nazirliyində Fadia Saadahla ilə görüş keçirilib

23.02.2023

Səhiyyə Nazirliyində ölkəmizdə işgüzar səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyanın İnsan İnkişafı üzrə regional direktoru xanım Fadia Saadahla görüş keçirilib.

Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğuladı:

"Səhiyyə sisteminin təkmilləşdirilməsi, xüsusilə də rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Bunu nəzərə alaraq, Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Sonda Teymur Musayev bildirib ki, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq keçirilən görüşləri əməkdaşlığın inkişaf etməsinə təkan verir.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Fadia Saadah təmsil etdiyi beynəlxalq təşkilatın Azərbaycan ilə səmərəli əməkdaşlığını vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, ölkəmizə işgüzar səfərin məqsədi insan kapitalının inkişafı ilə bağlı "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində Dünya Bankının Azərbaycan hökumətinə göstərdiyi potensial dəstəyi müzakirə etməsidir.

Görüşdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, eyni zamanda yeni birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.