04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN: 16 dövlət Xocalı soyqırımına dair qətnamə qəbul edib

23.02.2023

Xocalı soyqırımı Azərbaycan müstəqillik istiqamətində atdığı ilk addımları zamanı baş verib. Qəddarlığına, xarakterinə və miqyasına görə XX əsrin ən böyük soyqırımı cinayətidir.

"DM" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, bunu məhz soyqırımı cinayəti kimi Azərbaycan səciyyələndirib, bu gün də müvafiq addımlar atır:

"Biz bu cinayəti törədən ölkələrin məsuliyyətə cəlb olunmasına hələ nail ola bilməmişik. Bu günə qədər 16 dövlət tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edilib. Bu ölkələr Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala, Latviyadır. Həmçinin ABŞ-ın 24 ştatı da Xocalı soyqırımını tanıyıb".