04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lukaşenko Çin liderinin Ukrayna ilə bağlı bəyanat verəcəyini bildirib

23.02.2023

Çinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyi ciddi qəbul edilməsə, ciddi nəticələrə gətirib çıxaracaq.

"DM" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Çin mediasına müsahibəsi zamanı bildirib.

Lukaşenko deyib ki, əldə etdiyi məlumata görə bu gün və ya sabah Çin Xalq Respublikasının sədri Si Cinpin Ukraynadakı münaqişə ilə bağlı bəyanatla çıxış edəcək: "Çin tərəfinin Ukrayna ilə bağlı verəcəyi mesaj regionda sülhə nail olmaq üçün ciddi əhəmiyyət kəsb edəcək. Ukraynadakı münaqişə ilə bağlı Çin lideri Si Cinpinin səsləndirəcəyi mesaj ünvanlandığı şəxslər tərəfindən eşidilməzsə, bunun ciddi nəticələri olacaq. Bu səbəbdən, mən bir az irəli gedərək, Si Cinpinin sözlərinin ünvanlanacağı şəxslərə bu fikirləri ciddi qəbul etməyi və müəyyən addımlar atmağı tövsiyə edirəm”.