03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada anbardakı güclü yanğın bir gün sonra söndürülüb - VİDEO

23.02.2023

Rusiyanın Krasnoyarsk şəhərində məişət texnikası zavodunun anbarında baş verən yanğın artıq söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi xəbər verib.

Daxil olan məlumata görə, buna bir gündən çox vaxt lazım olub.

"Ölən və yaralanan yoxdur”, - deyə baş ofisdən bildirilib.

Xatırladaq ki, fevralın 22-də "Biryusa” soyuducu zavodunun məhsulları olan anbarda yanğın baş verib. Yanan binadan 10 nəfər təxliyə edilib. Yanğının söndürülməsinə ümumilikdə 123 nəfər və 43 texnika cəlb olunub.

Yanğın sahəsi 13,2 min kvadratmetr təşkil edib.


Mənbə: Arqumentı i Faktı