09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda etirazlar: ABŞ və İsrail bayraqları yandırıldı

04.11.2018

İranda ABŞ-ın Tehrandakı səfirliyinə basqının 39-cu ildönümü münasibətilə hadisənin baş verdiyi keçmiş səfirlik binası qarşısında nümayişlər keçirilib.
"Dövran Media" xəbər verir ki, nümayişlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri və bir sıra siyasi və hərbi rəsmilər qatılıb. Nümayişçilər Vaşinqton, Təl-Əviv və Ər-Riyad əleyhinə şüarlar səsləndirib, ABŞ və İsrail bayraqları yandırılıb.
Qeyd edək ki, Tehrandakı ABŞ səfirliyinə 1979-cu ilin 4 noyabrında özlərini "İmamın yolundakı tələbələr” adlandıran minlərlə silahlı şəxs tərəfindən hücum edilib. Nəticədə 52 diplomat 444 gün ərzində girov saxlanılıb. Girovlar yalnız 1981-ci ilin yanvarın 20-də azad edilib.