03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda həyət evləri bahalaşıb, mənzillərin qiymətləri də artacaq - FOTO

23.02.2023

"Həyət evlərinin qiymətində artımlar müşahidə olunur. Bu, fantastik deyil, nisbi artımdır”.

Bunu "Unikal”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, hazırda daşınmaz əmlak bazarında qiymətlər artır:


"Mənzil bazarında artıma doğru meyillər var. Bu da ucuz, qeydiyyatda olan mənzillərin təklif portfelinin məhdud olması ilə bağlıdır. Bu istiqamətdə araşdırmalar davam edir. İndi mənzil bazarı üçün aktiv dövrdür və qiymət artımlarını müşahidə edirik. Mənzillərin qiymətində artımlar gözlənilir. Bu, fərdi yaşayış evlərində qeydə alınacaq artımdan daha yuxarı olacaq”.