03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bərdə polisindən əməliyyat: 20 nəfər saxlanılıb - FOTO

23.02.2023

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Onlardan 16 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ümumilikdə isə 7 kiloqramdan artıq - marixuana, heroin və metamfetamin, eləcə də metadon və tramadol həbləri aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Qeydə alınan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.