02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ned Prays: “Brüsseldə Ermənistan və Azərbaycan arasında görüş planlaşdırılır”

23.02.2023

"Yaxın günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Ermənistandan və Azərbaycandan olan nümayəndələrin iştirakı ilə görüşün keçirilməsi planlaşdırılır”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

O, ABŞ-nin tərəflər arasında dialoq və ünsiyyəti davam etdirmək üçün öz səylərini əsirgəməyəcəyini bəyan edib.

"Biz həddən artıq optimist olmaq istəmirik, lakin hərtərəfli nizamlanmaya yönəlmiş bu dialoqu və diplomatiyanı bütün mümkün vasitələrlə dəstəkləməyə davam edirik. Hesabatda qeyd etdiyimiz kimi, mühüm irəliləyiş əldə edilib və bu tərəqqinin davam etməsi üçün mümkün olan hər şeyi edəcəyik”, - deyə Ned Prays vurğulayıb.

Mənbə: State.gov