03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan nümayəndə heyəti bu hərbi hissələrdə olub - VİDEO

23.02.2023

Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbərə görə, əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək ehtiram nümayiş etdiriblər.

Nümayəndə heyətinə xüsusi təyinatlıların hazırlıq prosesi haqqında ətraflı məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb. Gürcüstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin "Xatirə kitabı”na ürək sözlərini yazıb.
Sonra HDQ-nin hərbi hissəsinə gələn gürcüstanlı nümayəndələr burada şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzüblər.
Nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə praktiki tanış olublar. Hərbi hissənin yaranma tarixi və icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib.
Daha sonra nümayəndə heyəti dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib. Qonaqlara dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra birgə xatirə şəkili çəkdirilib.