06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: Qaydalarda dəyişiklik edilib

23.02.2023

"Yaxın zamanlarda müəllimlərin işə qəbulu imtahanlarının tarixləri barədə məlumat veriləcək”.

"DM” xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O qeyd edib ki, bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində müəyyən dəyişikliklər edilib:

"Əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib”.

İnstitut rəsmisi əlavə edib ki, sualların çətin olması tək ibtidai təhsil səviyyəsində deyil, bütün səviyyə üçün keçərlidir:

"Hər bir qiymətləndirmə özünə uyğun çərçivədə çətinlik dərəcəsi də fərqlidir. MİQ imtahanının çətin olması rəqabətliliyin artması üçün önəmlidir”.