05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya Kəşfiyyatı: Rüstəm Muradov gərgin təzyiq altındadır

23.02.2023

Ötən 48 saat ərzində Baxmut istiqamətində ağır döyüşlər davam edib.

"DM" xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında belə qeyd edilib. Bildirilib ki, son 6 həftə ərzində Rusiyanın genişlənən mühasirəsinə baxmayaraq Ukrayna qüvvələri hələ də qərbə doğru tədarük xətlərini açıq saxlayırlar.

Əlavə olunub ki, Donetsk vilayətinin cənubunda yerləşən Uqledar şəhəri yenidən ağır artilleriya atəşinə məruz qalıb:

"Realist ehtimal var ki, Rusiya fevralın əvvəlində və 2022-ci ilin sonlarındakı uğursuz hücumlarından sonra əraziyə daha bir hücuma hazırlaşır”.

Qeyd olunub ki, Rusiya Qüvvələrinin Şərq Qrupu ehtimal ki, Uqledar əməliyyatı üçün məsuliyyət daşıyır.

Vurğulanıb ki, qrupun komandanı Rüstəm Muradov daha əvvəlki geri çəkilmələrinə görə Rusiyanın millətçi çevrələrinin sərt tənqidləri səbəbi ilə hazırda gərgin təzyiq altındadır.

"Lakin, çətin ki, Muradovun (Ukrayna xəttini) yarıb keçməsi üçün zərbə qüvvəsi olsun”, - deyə məlumatda qeyd edilib.