05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu səhər 7,2 bal gücündə zəlzələ baş verib

23.02.2023


Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Qeyd edilib ki, zəlzələnin episentri Murqob şəhərindən 67 kilometr qərbdə, sərhədin Tacikistan tərəfində olub. Zəlzələ nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə hələ ki, məlumat verilməyib.

Digər tərəfdən ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasını 6,8 olaraq ölçüb və episentrinin Tacikistan sərhədindəki Murqob şəhərindən 67 kilometr qərbdə olduğunu qeyd edib.
Zəlzələdən təxminən 20 dəqiqə sonra 5 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Tacikistanın şərqində yerli vaxtla saat 06:37-də baş verən zəlzələ Qırğızıstanın Oş və Bişkek şəhərlərində də hiss olunub.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada Tacikistanın şərqində baş verən zəlzələnin Qırğızıstanın Oş vilayətinin Alay rayonunun Bor-Dobo kəndində 4,5 bal gücündə hiss edildiyi bildirilib. Nura və Erkeştam kəndlərində isə 4 bal gücündə olub.
Paytaxt Bişkekdə də hiss edilən zəlzələdən sonra bəzi vətəndaşların binalardan küçələrə çıxdığı müşahidə edilib.
Milli Elmlər Akademiyası Seysmologiya İnstitutu zəlzələnin episentrdə 8 bal olduğunu açıqlayıb.