05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

77 ölkənin xilasediciləri işlərini yekunlaşdıraraq Türkiyəni tərk ediblər

22.02.2023

Bu günə qədər 90 ölkənin xilasediciləri Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak ediblər.

Bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Türkiyə rəsmisi bildirib ki, artıq zəlzələ bölgəsində 77 ölkənin xilasediciləri əməliyyatlarını başa çatdıraraq ölkələrinə geri dönüblər.

"Hazırda 13 ölkədən olan xilasedicilər axtarış işlərini davam etdirirlər”, - Mövlud Çavuşoğlu söyləyib.

Türkiyəli diplomat əlavə edib ki, hökumət zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün yaxın günlərdə əlavə olaraq 114 mindən çox çadır quracaq.

Mənbə: Milliyet