05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya Ukraynanın bərpası ilə bağlı konfransa ev sahibliyi edəcək

22.02.2023

Artıq Ukraynadakı müharibədən bir il keçir. Britaniya Ukraynaya güclü dəstək verir və biz əmin olmalıyıq ki, onlar bu müharibədə qalib gələcək.

"DM" xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ADA Universitetində "Birləşmiş Krallığın Xarici Siyasət Prioritetləri" mövzusunda keçirilən müzakirə zamanı deyib.

"Ukraynanın təhlükəsizliyi həm də Britaniyanın təhlükəsizliyidir. Biz Ukraynanın özünü müdafiə etməsi və işğal altında olan ərazilərini azad etməsi üçün hər cür dəstək veririk. Böyük Britaniya Ukraynaya dəstək verən ölkələr arasında ABŞ-dan sonra ikinci yerdədir", - o qeyd edib.

Nazir ötən il ərzində Ukraynaya 2,3 milyard funt sterlinq hərbi yardım edildiyini xatırladıb.

"Çox sayda ukraynalı qaçqın hazırda Britaniyada yaşayır. Biz Ukraynanı döyüş meydanında dəstəkləməyə davam edəcəyik. Bu ilin iyununda postmünaqişə dövründə Ukraynanın yenidən qurulması və bərpası ilə bağlı konfransa ev sahibliyi edəcəyik", - Leo Dokerti deyib.