05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstan Almaniya bazarında Rusiyanı əvəz edəcək

22.02.2023

Qazaxıstan yaxın günlərdə, ehtimal ki, fevralın 22-də Rusiyanın "Drujba” boru kəməri ilə ilk neft partiyasını Almaniyaya göndərə bilər.

Bunu Qazaxıstanın energetika naziri Bolat Akçulakov deyib.

Qazaxıstan nefti Avropa İttifaqının Moskvanın Ukraynaya müdaxiləsi ilə bağlı daha geniş sanksiyalar çərçivəsində almağı dayandıracağına söz verdiyi Rusiya neftini əvəz etməlidir.

Sovet İttifaqı istehsalı olan "Drujba” kəməri hələ də sanksiyalardan azaddır, lakin Almaniyanın kəmərə qoşulan Leuna və Şvedtdəki neftayırma zavodları bu il Rusiya nefti sifariş etməyib.

2022-ci ilin sentyabrında Almaniya hökuməti "Rosneft”in ölkədəki törəmə şirkətlərini Federal Şəbəkə Agentliyinin nəzarəti altına keçirib.

Mənbə: The Guardian