29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avronest Ermənistanın Laçın yolu ilə bağlı qətnamələrini rədd edib

22.02.2023

Avronest Parlament Assambleyası Ermənistanın Laçın yolu ilə bağlı 7 qətnaməsini rədd edib.

"DM” xəbər verir ki, Moldovanın paytaxtı Kişinyov şəhərində keçicirlən Avronest Parlament Assambleyasının 10-cu sessiyası başa çatıb.

Sessiyada Milli Məclisin nümayəndə heyəti iştirak edib.

10-cu sessiyanın yekun sənədinə Ertmənistan nümayəndə heyəti tərəfindən 12 dəyişiklik təklif olunub. Dəyişikliklər "Laçın koridorunun açılması”, "Dağlı Qarabağın blokadan çıxarılması”, "Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması”, "ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edib. Azərbaycan nümayəndə heyətinin həm iki tərəfli görüşlərdə etdiyi səylər, həm də komitə və plenar iclaslarda çıxışlarda gətirdiyi arqumentlər nəticəsində Ermənistan nümayəndı heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.

Bu fakt bir daha hər kəsin regionda sülh, qanuni yaşayış və inkişafın tərəfində olduğunu göstərir.
Avronest PA Milli Məclisi deputat Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edib