29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk Hava Yollarının pilotu ABŞ-də itkin düşüb

22.02.2023

Türk Hava Yollarının (THY) Nyu-York - İstanbul reysində inanılmaz hadisə yaşanıb. Belə ki, "A330” uçuş heyətinin pilotu O.E. itkin düşüb.

Məlumata görə, hava gəmisinin kapitanı reysdən əvvəl yoxa çıxıb. Uçuşa hazırlaşan digər pilotlar O.E. ilə əlaqə yarada bilməyiblər. Daha sonra hotel rəhbərliyi ilə əlaqə saxlanılıb və O.E.-nin otağının yoxlanılması tələb edilib. Baxış zamanı pilotun əşyalarının otaqda olduğu, özünün isə olmadığı müəyyən edilib.

Sonda heyət vəziyyət barədə səlahiyyətli orqanları məlumatlandırıb və yoxa çıxan O.E.-dən xəbər ala bilmədikləri üçün onsuz uçuşa qərar verilib.

Bir mənbədən verilən məlumata görə, THY-nin pilotu Nyu-York (ABŞ) polisi tərəfindən saxlanılıb.

Mənbə: Haber Global