03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranla ticarətə məcburuq - Türkiyə

03.11.2018

İranla keçən il ticarət dövriyyəmiz 10,6 milyard dollar olub.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ticarət naziri Ruhsar Pekcan deyib.
"Bu ilin ilk doqquz ayında ticarət dövriyyəmiz 7,4 milyard dollar təşkil edib. Bu rəqəmlər İrana tətbiq edilən embarqonun təsirinə məruz qalıb. Suriya, İraq, İran bizim qonşularımızdır. Bununla əlaqədar olaraq onlarla ticarətimizi davam etdirmək məcburiyyətindəyik. ABŞ-ın enerji məsələsində Türkiyəyə güzəşt etməsini gözləyirik. Bizim İran ilə onsuz da enerji razılaşmamız var. Onlardan neft almasaq belə, onlara ödəcəyimiz bir şeylər var. Bizim təbii qaz rezervimiz olmadığı üçün qışda xalqımızı qorumaq məcburiyyətindəyik. İlk gələn xəbərlər Türkiyənin güzəşt tətbiq edilən 8 ölkədən biri olması yönündədir. Biz belə olmasını gözləyirik. Bazar ertəsi hər şeyi öyrənəcəyik” – deyə o bildirib.