29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan gəmisi Albaniyada saxlanılıb?

22.02.2023

Albaniya mətbuatının Azərbaycanın gəmisinin həmin ölkənin Durres limanında saxlanılması və guya qaçaqmalçılıqla məşğul olmasına dair xəbərlər həqiqəti əks etdirmir.

"DM" xəbər verir ki, bu barədə Report-a neft sahəsindəki mənbələrə istinadən xəbər verir.

Saxlanılan gəminin Azərbaycana məxsus olmadığı, eyni zamanda Azərbaycanın heç bir neft qaçaqmalçılığı etmədiyi bildirilib.

"Bu xəbərlər həqiqətəuyğun deyil”, - mənbə vurğulayıb.

Qeyd edək ki, ötən gün Albaniyanın Durres limanında Liberiya bayrağı altında gəmi saxlanılıb. Həmin gəminin Yunanıstanda qaçaq yolla neft məhsulları ilə doldurulduğu, həmin məhsulların mənbəyinin Rusiya daxil olmaqla sanksiya tətbiq olunan ölkələr olduğu ortaya çıxıb. Albaniya KİV-i həmin gəminin guya Azərbaycana məxsus olmasına dair iddia irəli sürmüşdü.