29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bandotdel”dən əməliyyat: Tutulanlar var - FOTO/VİDEO

22.02.2023

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel”) əməkdaşları tərəfindən Bakı və Sumqayıt şəhərləri, eləcə də Balakən rayonunda qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbir zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər. Nəticədə Elçin Hüseynovdan bir ədəd "Kalaşnikov” avtomatı, 2 daraq, 60 ədəd patron, Elmar Nəsirovdan bir ədəd lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən "Zəfər” markalı tapança, 7 ədəd patron, Murad Rüstəmovdan bir ədəd "Kalaşnikov” avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, 3 ədəd patron və bir ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.