29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Netanyahu Kiyevə rəsmi dəvət alıb

22.02.2023

İsrail Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Kiyevə səfər edə bilər.

"DM" xəbər verir ki, bu barədə "İsrail Hayom” nəşri hökumət mənbələrinə istinadla məlumat yayıb.

"Mənbələr bildirir ki, əgər Rusiya ABŞ Prezidenti Co Baydenin Kiyev səfəri zamanı təxribat törətmədisə, İsrail xarici işlər nazirinin Ukrayna səfəri Moskvada ajiotaj yaratmadısa, deməli, Netanyahu da gedə bilər”, - nəşr qeyd edib.

"İsrail Hayom” xatırladıb ki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar başlayandan bəri Netanyahu ehtiyatlı gediş edir:

"Lakin yenidən vəzifəyə gəldikdən sonra bir neçə dəfə qeyd etdi ki, İsrail Ukraynaya silah sistemlərinin göndəriməsi məsələsinə baxır, hətta xarici işlər naziri Eli Koenin Kiyevə səfərinə razılıq verdi”.

Ukraynalı rəsmilərdən birinin nəşrə verdiyi məlumata görə, artıq Kiyev Netanyahuya rəsmi dəvət göndərib, lakin səfərin tarixi hələ müəyyən edilməyib.