29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Netanyahu: Gözləsək, İrana zərbə endirmək çətin olacaq

22.02.2023

Etibarlı hərbi təhdid İranın nüvə ambisiyalarına qarşı durmağın ən yaxşı yoludur. Bu, nə qədər geciksə, bir o qədər çətin olacaq.

"DM" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə keçirilən Hartoq Milli Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib.

"Üsyankar dövlətlərin nüvə silahı yaratmasını dayandırmağın yeganə yolu etibarlı hərbi təhdid və ya etibarlı hərbi əməliyyatdır. Bunu sarsıdıcı iqtisadi sanksiyalarla birləşdirə bilərsiniz, lakin bu, kifayət deyil. Nə qədər çox gözləsək, bir o qədər çətinləşər. Biz çox gözləmişik”, - Netanyahu deyib.