29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskvanın mərkəzindəki güclü yanğında ölənlərin sayı artıb

22.02.2023

Rusiyada Moskvanın mərkəzində hotel və keçmiş yataqxananın yerləşdiyi binada baş verən yanğın nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

Bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat yayıb.

Ölənlərdən ikisi uşaqdır. 11 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib, iki nəfərə ambulator şəraitdə tibbi yardım göstərilib.

İlkin məlumata görə, 16 mərtəbəli binada axşam saatlarında yanğın baş verib. Burada birinci mərtəbədən dördüncü mərtəbəyə qədər hotel, yuxarıda isə yaşayış fonduna köçürülmüş keçmiş yataqxana yerləşir. Yanğın binanın mənzillərinin yerləşdiyi hissəsində başlayıb.

Yanğınsöndürənlər 50 nəfəri xilas edib, 200 nəfər təxliyə olunub.

Faktla bağlı cinayət işi başladılıb.

Mənbə: TASS