Rusiya Türkiyədəki konsulluq heyətini genişləndirəcək  
    
                          
     
                         22.02.2023
 
    
                        Rusiya Türkiyədəki konsulluğunun genişləndirilməsi üçün çalışır.
Bunu çərşənbə axşamı Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov deyib.
"Biz Türkiyədə konsulluğumuzu genişləndirmək üçün mübarizə aparacağıq”, - deyə o, bildirib.
Diplomatın sözlərinə görə, hazırda ölkədə Rusiya informasiya və məsləhət mərkəzləri fəaliyyət göstərir.
"Onlar bizim konsulluqların mövcud olduğu yerdə - Ankarada, İstanbulda və Antalyada işləyirlər”, - Yerxov bildirib.
Mənbə: TASS