27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

21.02.2023

"Bu həftənin ortalarında hava şəraiti kəskin dəyişəcək, sulu qar yağacaq”.

"DM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur:

"Bunu elə son 10 ilin statistikasında görmək olar. Bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır. Məsələn, əgər 2017-ci ilin Su çərşənbəsində 2 dərəcə şaxta olubsa, 2020-ci ildə 18 dərəcə isti qeydə alınıb”.

U.Tağıyeva qeyd edib ki, Abşeron yarımadasında fevralın 23-ü axşamdan başlayan yağıntının fevralın 24-də sulu qara keçəcəyi gözlənilir:

"Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq”.