27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada idmançımız qətlə yetirilib

21.02.2023

Rusiya Federasiyasının Dərbənd şəhərində ciu-citsu döyüşü və kimano ilə qrapplinq yarışları üzrə dəfələrlə dünya çempionu olmuş soydaşımız Vidadi Mərdanov qətlə yetirilib.

"DM" Oxu.az-a istinadən xəbər verir ki, cinayət hadisəsi Dərbənd şəhərinin Qaqarin küçəsində baş verib.

Belə ki, Vidadi Mərdanov bir neçə şəxs tərəfindən söhbətə dəvət edilib.

Evindən küçəyə çıxan idmançıya odlu silahdan atəş açılıb.

Hüquq-mühafizə orqanları hücum edənlərin şəxsiyyətini müəyyən edə bilsələr də, onları saxlayıb istintaqa cəlb etmək hələlik mümkün olmayıb.

Axtarışlar davam etdirilir.