Telejurnalist BMT-yə   səfir təyin edilir 
    
                          
     
                         03.11.2018
 
    
                        ABŞ-ın BMT-dəki səfiri Nikki Haleyi ilin sonunda Dövlət Departamentinin mətbuat katibi Hizer Nauert əvəz edəcək.
"Dövran Media" xəbər verir ki, Nikki Haleyin yerinə ən güclü namizəd Nauert hesab olunur.
İddia olunur ki, Prezident Tramp Dövlət Departamentinin mətbuat katibinə BMT-dəki daimi təmsilçi olmağı təklif edib.
Qeyd edək ki, Nauret bundan əvvəl "Foks Nyuss” televiziya kanalında çalışıb.
Sabiq dövlət katibi Tillersonun zamanında Dövlət Departamentinə sözçü olaraq işə götürülüb.