29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Rusiyanın heç bir şansının olmayacağını bildirib

20.02.2023

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan onun ölkəsinə güclü hərbi dəstək paketi gözlədiyini açıqlayıb.

"DM" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə səfər edən Prezident Baydenlə birgə mətbuat konfransında deyib.
"Bu gün biz Ukraynaya tədarük edilə bilən uzaq mənzilli silahlar məsələsini də müzakirə etdik, həmçinin daha əvvəl tədarük edilməyən silahlar barədə danışdıq. Bu, çox vacibdir", - Zelenski bildirib.

O, Ukraynaya güclü müdafiə dəstəyi paketinin gözləndiyini açıqlayıb.
"Hazırda belə güclü bir paket Rusiyanın revanş cəhdlərinin heç bir şansının olmayacağına dair birmənalı siqnaldır. Biz birlikdə şəhərlərimizi, xalqımızı rus terrorundan qoruyacaq və qələbəmiz üçün təkanı gücləndirəcəyik", - Ukrayna Prezidenti vurğulayıb.

O bu gün müharibədə hadisələrin gələcək inkişafı və perspektivləri ilə bağlı ABŞ və Ukraynanın ortaq baxışlarının olduğu deyib.
"Biz həm ikitərəfli səviyyədə, həm də G7 çərçivəsində sanksiyaları sərtləşdirmək üçün birlikdə çalışırıq", - Zelenski əlavə edib.