29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadan Qarabağa 35 ton humanitar yük gətirilib

20.02.2023

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sülhməramlı kontingentinin hərbçiləri Laçın yolu ilə Xankəndiyə 35 ton ərzaq çatdırıblar.

"DM" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

Rusiyadakı "Biz birik” çoxmillətli layihəsindən gələn yük Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyası tərəfindən İrəvana, oradan isə rus sülhməramlıları vasitəsilə Xankəndiyə çatdırılıb. Yüklərin tərkibinə aztəminatlı və çoxuşaqlı ailələr üçün un, günəbaxan yağı, müxtəlif dənli bitkilər, tərəvəz konservləri, şəkər, peçenye, qatılaşdırılmış süd, mürəbbə və şirələr daxildir.