Ərdoğan Hatay bölgəsinə səfər edib 
    
                          
     
                         20.02.2023
 
    
                        Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib.
"DM” xəbər verir ki, məlumatı "Anadolu” agentliyi yayıb.
Bildirilib ki, onunla birlikdə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli də Hatay bölgəsindədir.
Məlumata görə, R.T.Ərdoğan həmçinin Kahramanmaraşa gedərək oradakı vəziyyətlə tanış olacaq.
Qeyd edək ki, R.T.Ərdoğan zəlzələ bölgəsinə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bugünkü görüşündən sonra gedib.