Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini qəbul edəcək  
    
                          
     
                         20.02.2023
 
    
                        Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini qəbul edəcək.
"DM" xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Cozep Borrel jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni sanksiyalar İranda insan haqları pozuntularına görə tətbiq olunacaq.
Borrel deyib ki, İran xarici işlər naziri Əmir-Abdullahianla telefon danışığı zamanı sanksiyaların tətbiq olunacağı ilə bağlı ona xəbərdarlıq edib.