01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəlzələdən sonra - Qara çuxur möcüzəsi

20.02.2023

Əsrin fəlakəti olaraq xarakterizə edilən ikiqat zəlzələdən sonra ortaya çıxan görüntülərə hər gün bir yenisi əlavə edilir. Diyarbakırdən gələn görüntülər hər kəsi şoka salıb. Zəlzələlərdən sonra yer yarıldı və dərə altındakı su yatağı ora axmağa başladı. Hər kəsi qorxuya salan görüntü budur.

Kahramanmaraş və Elbistanda baş verən iki böyük zəlzələdən sonra Diyarbakırın Lice rayonunda qeydə alınan görüntülər hər kəsi qorxuya salıb.
İkiqat zəlzələdən sonra baş verən yeraltı təkanlar səbəbindən yer yarılıb və sel torpağa axmağa başlayıb. Nəticədə meydana gələn nəhəng çuxur dərə yatağının qurumasına səbəb oldu.
Zəlzələ Araşdırma İnstitutunun məlumatına görə, son bir həftə ərzində episentri Licenin Birlik və Şenlik məhəllələri olan 8 zəlzələ qeydə alınıb.
Gücü 3-4 arasında dəyişən zəlzələlər Duru, Birlik və Şenlik məhəllələrində bəzi tikililərə ciddi ziyan vurub.

Zəlzələ nəticəsində Durunun Işıkten məhəlləsindən keçən su yatağında çuxur yaranıb. 11 gün ərzində bütün suyu yerin altına aparan çuxur dərə yatağındakı suyu qurudub. Yaranan çuxurun dərə suyunu qurutması vətəndaşların diqqətini çəkib. Vətəndaşlar çuxurdan suyun hara getdiyini bilmədiklərini bildiriblər.