02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq?

20.02.2023

Ölkə ərazisində fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.