01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski: Makron vaxtını boşa itirir

20.02.2023


Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın "Corriere” qəzetinə açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə dialoq qapısını açıq saxlaması ilə bağlı bəyanatını dəyərləndirib. "Bu, faydasız bir dialoq olacaq, əslində Makron vaxtını itirir”, - Zelenski bildirib.

Rusiya ilə dialoqun vaxt itkisi olduğunu dilə gətirən Zelenski bildirib ki, mən belə qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişə bilmərik. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusunda özlərini təcrid etmək qərarına gəliblərsə, biz buna kömək də edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə ittiham edənlər oldu, amma bu, həqiqət deyildi. " Putini marginallaşdıran müharibəyə başlamaq qərarı idi".