01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gevondyan: Ermənistan küçə döyüşlərinə hazırlaşmalıdır

20.02.2023

Qərb Rusiyaya qarşı kifayət qədər açıq oynayır, təkcə Ukrayna üzərindən deyil, Ermənistan üzərindən də.

"DM" xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib.

"Burada sual "yaxşı” və ya "pis” tərəfdə deyil, güc balansındadır. Əgər Ermənistan üçün nəticələrdən danışsaq, o zaman Ukraynada indi baş verən proseslər burada da əksini tapacaq. Ermənistan küçə döyüşlərinə hazırlaşmalıdır, çünki proseslər eskalasiyanın azaldılması və kommunikasiya imkanlarının artırılması istiqamətində getmir. Əksinə, Ermənistan öz addımları və davranışları ilə vəziyyəti daha da gərginləşdirir”, - o bildirib.

Gevondyan bu şəraitdə hakimiyyəti üzməyi bilmədən bir gəmidən digərinə keçmək istəyənlə müqayisə edib:

"Bu gün bizdə konkret ölkələrin hərbçilərinin iştirakı ilə küçə döyüşlərinin olmaması Ermənistan-Rusiya hərbi əməkdaşlığının nəticəsidir. Hakimiyyətin strateji savadsızlığı ona gətirib çıxarır ki, Rusiya ilə Qərb arasında toqquşma Ermənistan ərazisində baş verəcək”.