Türkiyədə bu gündən məktəblər açılıb - VİDEO  
    
                          
     
                         20.02.2023
 
    
                        Türkiyədə zəlzələlər səbəbi ilə verilən fasilədən sonra fəlakət bölgələri xaricində 71 vilayətdəki təhsil müəssisələrində bu gündən dərslər başlanacaq.
Zəlzələdən zərər çəkmiş əyalətlərdə isə dərslərin martın 1-də başlanılması planlaşdırılır.
Bildirilir ki, ölkə məktəblərində ikinci yarımillik fevralın 6-da başlayacaqdı. Ancaq zəlzələlər və iqlim şəraiti səbəbi ilə tətildən sonra təhsil fevralın 20-dək dayandırılıb.
Mənbə: "Anadolu” Agentliyi