29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün geomaqnit sahədə qasırğa gözlənilir

20.02.2023

Bu gün geomaqnit sahədə G1-G2 səviyyəli qasırğa gözlənilir.

Bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 21-də bir qədər sakitləşəcək geomaqnit sahəsinin fevralın 22-də müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.

Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınmışdır. Hazırda geomaqnit sahə sakitdir (1Kp).

Proqnoz dövründə (20-22 fevral) kosmik havanın aktivləşəcəyi gözlənilir.