29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-dan İrana yeni ZƏRBƏ

03.11.2018

Sabaşdan etibarən ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə başlayır. Eyni zamanda, Vaşinqtonun İrana qarşı reallaşdırdığı, lakin son aylar "zəifləmiş" bütün sanksiyalar yenidən bərpa olunur.
"Dövran Media" CNBS-yə istinadən bildirir ki, ABŞ-ın Maliyyə Nazirliyinin hazırladığı sanksiyalar siyahısı Federal Registrin saytında yerləşdirilib.
Qərara görə, avqustun 7-dən sonra İranın hakimiyyət dairələri və hökuməti, habelə İranın Iranian Oil Company (NIOC) və Naftiran Intertrade Company dövlət şirkətləri ilə hər hansı formada əlaqəli olan bütün şəxslərlə şirkətlərin Birləşmiş Ştatlardakı aktivləri dondurulacaq.
Analoji addımlar İranın Mərkəzi Bankı ilə əlaqəli şəxslərlə şirkətlərə noyabrın 5-dən etibarən tətbiq olunacaq.
Fəqət, İrandan neft idxal edən ölkələr arasında 8 dövlətə müvəqqəti istisnalar olacaq.
Vaşinqtonun məqsədi İranı seçim qarşısında qoymaqdır: ya İran nüvə proqramından əl çəkərək Qərbin şərtlərini qəbul etməli, ya da iqtisadi və maliyyə fəlakəti ilə barışmalıdır.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin dediyinə görə, Vaşinqton sanksiya siyahısına 700 şirkəti daxil edib.
ABŞ prezidenti Donald Tramp Twitter-dəki profilində məşhur "Game of Thrones" teleserialı stilində tvit paylaşıb.
Tramp fotosunu paylaşaraq üzərinə "Sanctions are coming" ("Sanksiyalar gəlir") yazıb. Bu ifadə teleserialın sloqanı olan "Winter is coming" yazıb.
İranın nüvə proqramının dayandırılması ilə bağlı yaradılmış "Altılığın" tərkibini bu ilin mayında tərk edən ABŞ İrana qarşı sanksiyalar birtərəfli qaydada tətbiq edib. Ağ Ev bəyan edir ki, İranın neft ixracını sıfıra endirmək niyyətindədir.