Türkiyədə zəlzələ bölgəsində 62 minə yaxın bina sökülməlidir  
    
                          
     
                         17.02.2023
 
    
                        					Türkiyədə zəlzələ bölgəsində indiyədək 481 685 bina araşdırılıb.
"DM" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum məlumat verib.
Onun sözlərinə görə, bunlardan 61 722 binanın təcili sökülməli olduğu məlum olub. Eyni zamanda bildirib ki, 19 917 bina orta dərəcədə zədələnib.