Ruslar azərbaycanlı hərbçini əsir götürüb  
    
                          
     
                         17.02.2023
 
    
                        Rusiya hərbçiləri Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürüb.
"DM" Report-a istinadən xəbər verir ki, bu, 17 sentyabr 2000-ci il təvəllüdlü Nizami Məkani oğlu Rzayevdir.
Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarında xidmət etmiş Nizami Rzayevin Donetsk vilayətinin Mariupol şəhəri istiqamətində əsir düşdüyü bildirilir. Onun hazırda Rusiyada əsirlərin saxlanıldığı həbsxanada olduğu ehtimal edilir.