02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Türkiyəyə daha 22 ədəd modul tipli ev göndərir

17.02.2023

Cəlilabad, İmişli, Ağstafa, Abşeron, Goranboy, Tərtər və digər rayonların İH-nin yardımları Türkiyəyə yola salınır.

"DM" xəbər verir ki, yardıma 22 ədəd modul tipli ev daxildir.

Evlərin hər birində 10 nəfər insan yaşaya bilər.

Hər bir ev 3 metr enində, 7 metr uzunluğundadır.

Həftənin sonunadək yerli icra hakimiyyəti orqanları tərəfindən əlavə 43 ədəd müasir modul tipli evin təbii fəlakət bölgələrinə göndərilməsi nəzərdə tutulur.

Həmçinin indiyə kimi 26 ədəd modul tipli evlər aidiyyəti şəhər, rayon icra hakimiyyətləri tərəfindən yola salınıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib ki, Azərbaycandan göndərilən modul tipli evlər Kahramanmaraşda toplanacaq.

Səfir qeyd edib ki, orada böyük bir məhəllə qurulacaq: "Bu proses Azərbaycan FHN və AFAD tərəfindən həyata keçiriləcək".