03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət Agentliyi saxta əlilliklərin ləğvi məsələsinə münasibət bildirib

17.02.2023

"İndiki zamanda əlillik təyinatı şəffaf şəkildə həyata keçirilir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov saxta əlilliklərin ləğvi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bundan öncəki zamanda sui-istifadə halları da olubsa, onlar aşkarlanır:

"Mütəmadi olaraq risk qrupuna aid olan şəxslər yoxlanılır. Bizim əsas məqsədimiz indiki dövrdə və sonrakı dövrdə əlillik təyinatına şəffaflığı tam təmin etməkdir. Eyni zamanda real əlilliyi olan şəxslərin çətinlik yaşamadan əlillik ala bilməsini təmin etməkdir. Ötən il ərzində 57 mindən çox şəxs əlillik təyinatı alıb".